Ticarət mərkəzində külli miqdarda pul oğurladı
1 May 2015 13:12 KriminalQaradağda ticarət mərkəzində avtomobildən pul oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidməti və 10-cu PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da saat 18 radələrində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzinin ərazisində Bakı şəhər sakini Ramin Hidayətova məxsus "Kia" markalı avtomobilə açıq qalmış qapısından daxil olmaqla saxlanc yerindən 2700 ABŞ dolları və 30000 rus rublu oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Vaqif Alman oğlu Abbasov müəyyən olunaraq tutulub. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31