Bakıda maşınla qadınları vurdular: ölən var

Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Xəzər rayonu Zirə qəsəbəsi ərazisində 1963-cü il təvəllüdlü Yolağa Ağamalıyev idarə etdiyi "VAZ-2106" markalı maşınla yolu keçən piyadalar - 1969-cu il təvəllüdlü Nahidə Cabbarovanı, 1991-ci il təvəllüdlü Gülbahar Cabbarovanı və 1981-ci il təvəllüdlü Əzizə Hüseynovanı vurub. Nəticədə N. Cabbarova dünyasını dəyişib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31