Bakıda qanlı olay: yaralının vəziyyəti kritikdir
1 May 2015 12:22 KriminalBu gecə Bakıda qanlı hadisə baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə. Saat 05 radələrində Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə (metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığı) 30-35 yaşlı kişi qan içində aşkarlanıb. üzərində çoxsaylı bıçaq xəsarətləri olan yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb. Xəstəxanadan Lent.az-a bildiriblər ki, yaralının vəziyyəti kritikdir. O, süni tənəffüs aparatına qoşulub və yaşamaq şansı çox azdır. Hazırda bıçaqlanan şəxsin kimliyinin müəyyən edilməsi, eləcə də hadisənin kim tərəfindən hansı şəraitdə və nə səbəbdən törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31