Oğlan üstündə qətl törədən 16 yaşlı qıza AĞIR CƏZA
30 Aprel 2015 19:30 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 16 yaşlı Aydan Xalitovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az- ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə A. Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il noyabrın 27-də 1998-ci il təvəllüdlü Aydan Xalitova münaqişə zəminində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şəms Daşdəmir qızı Abdullayevanı bıçaqla qətlə yetirib. İstintaq zamanı münaqişənin oğlan üstündə baş verdiyi məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31