Lənkəranda tiryəkxana aşkar edilib

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İdrak Ələkbərovun Şeyx Zahid küçəsindəki evində tiryəkxana təşkil etməsi müəyyən edilib. DİN-dən verilən məlumata görə, evə baxış zamanı 2 kiloqram 3 qram heroin və digər ləvazimatlar aşkar edilərək götürülüb, habelə orada narkotik vasitələrdən istifadə edən və İ.Ələkbərovdan narkotik vasitə alan həmyerliləri, əvvəllər məhkum olunmuş Vüqar Əliyevdən 0,65 qram, Cəmil Mirzəyevdən 0,12 qram, Aygün Hüseynovadan 0,096 qram, Cavid Nağızadədən 0,1 qram və Ruslan Nəsirovdan 0,14 qram heroin götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31