Xaçmaz sakini evində yandı
30 Aprel 2015 17:18 KriminalXaçmaz rayonu, Yalama kəndində 1952-ci il təvəllüdlü Abdulhəlim Sədrə oğlu Muradxanova məxsus ümumi sahəsi 20 kv.m olan yaşayış üçün nəzərdə tutulmuş taxta konstruksiyalardan ibarət köşkün yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Naziliyindən verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən A.S. Muradxanovun yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31