Bakıda qadınları öldürmüş şəxslər yaxalanıb

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Çiçək Alıyevanı mənzilində döyərək qətlə yetirmiş Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov tutulub. Bundan başqa aprelin 29-da paytaxtın Nizami rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Aytac Babayevaya bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə A.Babayeva hadisə yerində ölüb. Nizami RPİ 24-cü PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş tanışı İzzət Hüseynov tutulub. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31