Torbadan aksiz markası olmayan xeyli siqaret çıxdı

Gömrükçülər Gəncədə aksiz markası ilə markalanmamış xeyli siqaret götürüblər. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı İntiqam Meydarov saxlanılaraq onun əlindəki iki ədəd sellofan torbadan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış cəmi 900 qutu müxtəlif adlı xarici siqaret götürülüb. Faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31