Oğul atanın 8 min manatını oğurladı
30 Aprel 2015 13:58 KriminalBakıda oğul atasının pullarını oğurlayıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də saat 12 - 13 radələrində İqbal Həmidovun Zığ yolu küçəsində yerləşən evindən açar seçmə yolu ilə 8000 manat oğurlanıb. Oğurluğu törətməkdə şübhəli bilinən İ.Həmidovun oğlu, həmin ünvanda yaşayan oğlu - 1991-ci il təvəllüdlü Vüsal Həmidov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31