Heroin aklverində təqsirləndirilən dəstə şərləndiyini bəyan edib
Azər Niftəliyev: “Bizə cinayət işi başlayan müstəntiq indi mənimlə cəza çəkir”
3 May 2012 18:45 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə narkotika alverində təqsirləndirilərək həbs edilən mütəşəkkil dəstənin işi üzrə məhkəmə prosesi keçirilib. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Təqsirləndirilən şəxs Azər Niftəliyev ittihamlarla razılaşmayıb və şərlənərək həbs edildiyini deyib: "Bizi şərləyib həbs ediblər. Bizim narkotika ilə heç bir əlaqəmiz yoxdur. Sadəcə prinsipə görə həbs olunmuşuq". Azər Niftəliyev bildirib ki, onlara cinayət işi başlayan müstəntiq hazırda həbsdədir və cəzasını çəkir: "Bizim işi başlayan, Sabunçu rayon polis İdarəsinin müstəntiqi hazırda bizimlə birlikdə təcridxanada yatır. Bizi görəndə utanır. Mənm ona da demişdim ki bizim günahımız yoxdu. Amma o bunu indi dərk edir". Prosesdə ifadə verən digər təqsirləndirilənlər də şərləndiyini iddia edib.
Qeyd edək ki, dəstə üzvü kimi təqsirləndirilən Azər Niftəliyev, Üzeyir Niftəliyev və Ceyhun Quliyev Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb, onların üzərindən 250 qram heroin aşkar edildiyi bildirilir.