Bakıda 27 yaşlı oğlan faciəvi şəkildə öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi şosesindəki fərdi yaşayış evlərindən birində usta işləyən 1988-ci il təvəllüdlü Abdullayev Feyruz Rafiq oğlunu elektrik cərəyanı vurub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31