"Shaqman" yenə 1 nəfərin canın aldı
29 Aprel 2015 17:12 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 30-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili ilə "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31