Yasamalda beşmərtəbəli binada yanğın olub

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb. Yanğından mənzillər mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31