Şabranda 6 otaqlı ev yanıb, 3 nəfər xəsarət alıb
29 Aprel 2015 17:09 KriminalŞabran rayonu, Ağalıq kəndində vətəndaşa məxsus 6 otaqlı evda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı yaşayış evləri və köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31