Bakı sakininin evində silah-sursat aşkar edilib. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Albalılıq qəsəbə sakini Müslüm Əhmədovun evindən "Browninq Short" markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31