Zor tətbiq etməklə vətəndaşlardan pul alan şəxs tutulub
29 Aprel 2015 16:37 KriminalŞəki şəhərində vətəndaşlardan hədə-qorxu gəlməklə pul alan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, şəhərdəki mağazalardan birində naməlum şəxs orada işləyən Mehman Məmmədova zor tətbiq edərək 45 manatını alıb. Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Nüsrət Həsənov tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31