“Shacman”ı qaçıran şəxs tutuldu
29 Aprel 2015 12:56 KriminalBakıda yük maşını qaçırılıb. Lent.az-ın Bakı şəhər Baş Polis İdarəsinə istinadən məlumatına görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 27-də saat 00.45 radələrində Binəqədi qəsəbəsində Göyçay rayon sakini Asif Yusifova məxsus "Shacman" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Elsevər Abbasəli oğlu Abbasov tutulub. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31