Məhkəmə prokurorluğun daha bir protestini rədd etdi

Bu gün Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Emil İbrahimovun cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apelyasiya protestinə baxılıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Baş Prokurorluğun apelyasiya protesti təmin edilməyib.
Emil İbrahimov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234-cü (qanunsuz narkotik vasitə saxlama) maddələri ilə ittiham edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31