Azərbaycanda güclü yanğın olub: 3 nəfər xəsarət alıb

Hadisənin səbəbi araşdırılır

Şabran rayonunda güclü yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Ağalıq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 6 otaqlı (mərtəbələr arası və dam örtüyü qamışdan ibarət) evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı yaşayış evləri və köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31