Elşad Abdullayevə HÖKM OXUNDU: 9 İL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Şamaxı rayon sakini Elşad Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirlən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının hökmü ilə E. Abdullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşad Abdullayev tutulub. O, ötən ilin oktyabrın 6-da Elşən Ələkbərovun evindən 50 manat və qızıl əşyalar oğurlayıb. Onun əvvəllər də məhkum olunduğu üzə çıxıb .
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31