Göygöldə sms intiqamı
Oğul anasını və onun iş yoldaşını bıçaqladı
21 Sentyabr 2012 13:33 KriminalGöygöldə dəhşətli qətl hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a rayon prokurorluğundan məlumat verilib. Hadisə qısqanclıq zəminində baş verib. Prokurorluqdan bildiriblər ki, Gəncə sakini, 1990-cı il təvəllüdlü Elvin Kərimov anası Elvira Kərimova ilə birlikdə ticarət mərkəzində işləyən Şirin Bayramovun anası ilə münasibətlərindən şübhələnib və anasının telefonunda həmin şəxsdən gələn sms-i oxuyub. 22 yaşlı gənc bundan sonra Ş. Bayramovla görüş təyin edərək onu bıçaqla qətlə yetirib. Bununla ürəyi soyumayan oğul evə qayıdaraq anasına da bir neçə bıçaq zərbəsi endirib. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.