Pəncərədən keçib 3000 oğurladı
28 Aprel 2015 14:11 KriminalBakıda oğurluqla məşğul olan daha bir nəfər yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 21-22 mart tarixlərində Buzovna qəsəbə sakini Şamin Dostməmmədovun Albalılıq yaşayış sahəsi N.Əliyev küçəsində yerləşən evindən, pəncərəni açmaqla 3000 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Asəf Xasay oğlu Feyzullayev tutulub.
Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31