Bakıda DƏHŞƏT: qısqanc ər gənc arvadını öldürdü

Bakı şəhərinin Sabunçu rayonunda qətl törədilib. Lent.az-ın məlumatına görə, bu gün saat 03 radələrində Zabrat qəsəbəsinin X.Vəliyev küçəsində 1985-ci il təvəllüdlü Musayev Vüsal Niyazi oğlu həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Zakirə Zakir qızını bıçaqlayaraq qətlə yetirib. 30 yaşlı V.Musayev 29 yaşlı xanımının sinə nayihəsinə 2 ağır xəsarət yetirib. Qadın hadisə yerindəcə keçinib. Bildirilir ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31