İçərişəhərdə 75 yaşlı kişi yıxılıb öldü

Bakıda 75 yaşlı kişi küçədə ölüb. Lent.az-ın məlumatına görə, aprelin 27-də Səbail rayon sakini, 1970-ci il təvəllüdlü Əliyev Gennadi Qəzənfər oğlu İstiqlaliyyət küçəsi 45 ünvanının qarşısında qəfil yıxılıb. O, təcili tibbi yardım briqadası gələnədək keçinib. İlkin müayinədən sonra G.Əliyevin ürək tutmasından vəfat etdiyi məlum olub.

Qeyd edək ki, G.Əliyev Əfəndiyev küçəsində yaşayırmış.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31