Bakıda qızıl alıb, pulunu verməyən qadına AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqdu təqsirli bilinən Pərvanə Şükürovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə P.Şükürova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər sakini Pərvanə Şükürova qızıl satışı ilə məşğul olan 3 qadının etibarında sui-istifadə edərək, kilo ilə qızıl-zinət əşyası alıb, pulunu verməyib. Qadınların şikayəti əsasında polis tərəfindən saxlanılıb. Faktla bağlı P. Şükürovaya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31