Narkotik satan şəxsə 6 İL 9 ay həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bakı şəhər sakini Ülvi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Ülvi Əliyev 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ülvi Əliyev Cinayət Məcəlləsinin 234.1-ci (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31