Yanacaq oğurlayan şəxslər ələ keçib

Şəki şəhərində yanacaq oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprel ayının 5-dən 25-dək olan müddətdə Aşağı Göynük kəndində kənd sakinləri Şahid Cabbarova, Yusif Yusifova və Şakir Əliyevə məxsus yardımçı otaqlardan ümumilikdə 1110 litr yanacaq oğurlamış həmkəndliləri Namiq Salmanov və Orxan Osmanov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31