Qazax sakinində narkotik aşkarlandı

Qazax rayon sakinində narkotik aşkar edilib. DİN-in verdiyi məlumata görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Musa Mirzəliyevdən 103,710 qram heroin götürülüb. Narkotik vasitəni ona satmış Qazax rayon sakini Həmid Əliyev də tutulub, onun müvəqqəti yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 115 qram heroin və 465 qram tiryək aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31