Qonşusunu qətlə yetirdi

Lənkəran rayonunda bıçaqlama hadiəsi baş verib. DİN-dən verilən məlumata görə, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yaşayan Şamama Fərəcovanın evində qonşusu Vurğun Əlizadə ona bıçaqla xəsarət yetirib. Nəticədə Ş.Fərəcova hadisə yerində dünyasını dəyişib. İlkin araşdırma zamanı hadisənin münaqişə zəminində baş verdiyi müəyyən edilib. V.Əlizadə könüllü olaraq Lənkəran ŞRPŞ-yə gələrək təslim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31