12 tikinti şirkətinin fəaliyyəti dayandırılıb
27 Aprel 2015 17:13 Kriminal2015-ci ilin birinci rübündə istehsalatda baş verən bərbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalıb. Bu barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin sözlərinə görə, cari ilin birinci rübü ərzində istehsalatda 33 bədbəxt hadisə baş verib. Bu hadisələr zamanı ölənlərin sayı 50, xəsarət alanların sayı isə 49 faiz azalıb. Keçən ilin birinci rübündə istehsalatda təxminən 10 qrup halında bədbəxt hadisə baş berdiyi halda, cari ildə belə bir hadisə müşahidə olunmayıb. Bu isə görülmüş müvafiq işlərin nəticəsidir. Nazir müavini onu da əlavə edib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əməyin mühafizəsi normalarına riayət etməyən 12 tikinti şərkəti, 4 dekarativ üzlük daşları istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb.