Pul üstündə tanışını öldürən gənc məhkəmə qarşısında
27 Aprel 2015 15:12 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində pul üstündə qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Yarəli Dadaşovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsriləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 4-ə təyin edilib.
Qeyd edək ki, hadisə keçən il Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində "Göl" deyilən ərazidə qeydə alınıb. 20 yaşlı Xızı rayon sakini Yarəli Dadaşovla şəxsi münasibətlər zəminində tanışları Gədəbəy rayon sakini, 22 yaşlı Röyal Səfərovu qətlə yetirib. Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub.. Y. Dadaşov 14-cü polis bölməsinə gələrək könüllü təslim olub. İfadəsindən sonra hadisə yerinə gedən polis əməkdaşları R. Səfərovun meyitini orada aşkarlayıblar.