Ağcabədidə faciə: pivə əvəzinə benzin içib öldü

Ağcabədi rayonunun Hindarx qəsəbəsində faciəvi hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 26-da qəsəbə sakini Cəsarət Cəfərov səhvən pivə şüşəsində saxlanılan benzini içib. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31