Qadının 7500 manatını əlindən alan şəxs tutuldu
27 Aprel 2015 14:53 KriminalSumqayıt şəhərində soyğunçuluq edən şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də Nuranə Hümbətovanın 7500 manatını və qızıl əşyalarını hədə-qorxu ilə tələb etməklə almış şəhər sakini, əvvəllər məhkum olunmuş Yaşar Əbdürrəhmanov saxlanılıb. Araşdırmalar davam etdirilir.
.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31