Qadını soyan 20 yaşlı oğlan tutuldu
27 Aprel 2015 13:45 KriminalBakıda qadına qarşı soyğunçuluq edən şəxs yaxalanıb. Lent.az-ın Bakı şəhər Baş Polis İdarəsinə istinadən məlumatına görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da saat 05 radələrində Cavadxan küçəsində Bakı şəhər sakini Kəmalə Müftəliyevanın əlindən içərisində 60 manat, mobil telefon və tələbə kartı olan əl çantasını alıb qaçmaqla soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Əlibala Rəşad oğlu Quliyev tutulub. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31