Bakıda avtobusun iştirakı ilə yol qəzası baş verib, ölən var

Bakıda avtobusun iştirakı ilə yol qəzası baş verib, ölən var. Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, aprelin 26-da saat 11 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakinləri - 1956-cı il təvəllüdlü Yaşar Mehdi oğlu Məmmədovun idarə etdiyi "İnfiniti" markalı, 1982-ci il təvəllüdlü Habil Əli oğlu Bayramovun idarə etdiyi özünə məxsus 148 saylı xətt üzrə hərəkət edən "İsuzu" markalı avtobus və 1994-cü il təvəllüdlü İsfəndiyar Mikayıl oğlu Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub, nəticədə İ.Abadullayev və sərnişini - atası 1963-cü il təvəllüdlü Mikayıl Əziz oğlu xəstəxanaya daxil olub, İ.Abdullayev xəstəxanada ölüb. Fakt Sabunçu RPİ 12-ci PB tərəfindən araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31