Əsəbi zəiflər baxmasınlar: Bakıda dəhşətli avtobus qəzası

Zabrat-Maştağa yolunda dəhşətli qəza baş verib.


"Qafqazinfo"nun əməkdaşı qəza baş verən an hadisə yerində olub. Və həmin qəzadan qalan görüntüləri lentə alıb. 

Hadisə nəticəsində 10 MO 927 nömrə nişanlı "VAZ 21 07" markalı minik avtomobili ilə marşrut avtobusu qarşı-qarşıya gələrək toqquşublar. 

Qəzada bir neçə şəxs xəsarət alıb. "VAZ 21 07"nin sürücüsü ölümcül yaralanıb. Bir neçə dəqiqə sonra qəza yerinə təcili yardım və polis əməkdaşları gəliblər. 

Həmin sürücü yoldan keçən vətəndaşların da köməkliyi ilə təcili yardım maşınına yerləşdirilərək, xəstəxanaya çatdırılıb. 

Qəza bir neçə digər maşının da toqquşmasına səbəb olub.

Böyütmək üçün şəkillərə klikləyin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31