Bakıda kişi və qadın evdə asılmış vəziyyətdə tapıldı
24 Aprel 2015 19:38 KriminalBakıda evdə iki meyit aşkarlanıb. APA-nın məlumatına görə, hadisə Pirşağı qəsəbəsi, 2-ci Sovxozda, ünvansız tikilidə qeydə alınıb. Həmin ünvanda iki nəfər asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Hazırda hadisə yeri müayinə edilməklə araşdırmalar davam etdirilir. Sabunçu Rayon Prokurorluğundan APA-ya bildirilib ki, meyitləri tapılmış şəxslərin adları artıq müəyyənləşib. Araşdırmalar zamanı məlum olub ki, onlar - Masallı rayon sakini, 1975-ci il təvəllüdlü Rəna Vaqif qızı Əsgərova və Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Razim Rahid oğlu Telmanzadədir. Adıçəkilən şəxslərin intihar edib-etmədiyi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31