Bakıda 180 min manat miqdarında dələduzluq edən şəxs tutulub

Bakıda axtarışda olan şəxs tutulub. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə axtarışda olan Cəlilabad rayon sakini, 1977-ci il təvəllüdlü Elşən Xudabaxış oğlu Quliyev tutulub. E. Quliyev ilkin ifadəsində bizneslə məşğul olduğunu və 180 min manat miqdarında dələduzluq etdiyini bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31