Xırdalan sakini liftlə divarın arasında qalaraq öldü

Xırdalan şəhər sakini liftlə divarın arasında qalaraq ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 23-də Sumqayıt şəhəri 17-ci mikrorayonda Bakı şəhər sakini Ramil Səmədova məxsus mağazada lifti təmir edən Xırdalan şəhər sakini Ruslan Qurbanov liftlə divarın arasında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31