Tarkan narkoticarətdə suçlanır: onu 2 il həbs gözləyir
20 Sentyabr 2012 20:23 KriminalTürkiyədə narkoticarət, qanunsuz narkotik maddələr saxlamaq, istifadə etmək, almaq və satmaqda suçlanan 17 nəfərdən ibarət qrupun məhkəməsi başa çatıb. Milli.Az DHA-ya istinadən bildirir ki, həmin şəxslər arasında məşhur müğənni Tarkan da var. İstianbuldakı 3-cü Ağır Cinayətlər Məhkəməsi prosesi başa vuraraq sənədləri ittihamnamənin hazırlanması üçün prokuror Hüseyn Kayaya yollayıb. Müğənni Tarkan Tevetoğlunun vəkili Sinem Oskay Başın dediyinə görə, müvəkkilinə qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Məhkəmə zamanı bildirib ki, Tarkanın evində polis axtarış aparanda narkotik maddələr aşkarlayıb və bununla bağlı icraatda başqa cinayət işi var. Hakim Tarkanı qanunsuz olaraq narkotik maddə almaq, satmaq və saxlamaqda suçlayaraq onun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir.