DİN: “Avropa” otelində qətl törədən 2 nəfər tutulub

Daxili İşlər Nazirliyi "Avropa" otelində törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Bakı şəhər sakini Azər Məmmədovu qətlə yetirib hadisə yerini tərk etmiş Sənan Quliyev və Mövlud Səfərov tutulub. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31