Məşhur futbolçu 15 yaşlı qıza təcavüz edib
“Sanderlend”in futbolçusu məhkəmədə cavab verəcək
24 Aprel 2015 11:19 Kriminal"Sanderlend" klubunun aparıcı futbolçusu Adam Conson 15 yaşlı qıza təcavüz etməkdə ittiham olunur.Anspress-in məlumatına görə, 27 yaşlı yarımmüdfiəçi ailəli olmasına baxmayaraq qızla intim əlaqədə olub.Arvadı Steysi Flandersin hamilə olmasından istifadə edən futbolçu fevral ayına qədər qızla görüşüb. Xanımı futbolçuya qız övladı bəxş edəndən sonra futbolçu rəfiqəsiylə münasibəti kəsib.Bundan əsəbləşən rəfiqəsi futbolçunu məhkəməyə verib. Mayın 20-də baş tutacaq məhkəmədə Adam Consonun məsələsinə baxılacaq və futbolçunun günahkar olub-olmadığı üzə çıxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31