İrandan gələn qadında heroin aşkarlandı

İrandan ölkəmizə heroin keçirmək cəhdinin qarşısı alınıb. Dövlət gömrük Komitəsindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Aygün Hüseynovanın üzərində şəxsi yoxlama aparılıb. Baxış zamanı onun üzərində 1 ədəd bükümdə, xalis çəkisi 142,211 qram olan narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31