Suraxanıda 2 otaqlı ev yanıb

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 50 kv.m olan ikiotaqlı mənzilin 1 otağında geyim əşyaları və döşəmə 1 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31