Şabran rayonunda qoyun oğurluğu ilə məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Şəmsəddin Məmmədyarova məxsus fermadan 15 baş qoyun oğurlamış Bakı şəhər sakini Rasim Ələsgərov tutulub. Araşdırmalar zamanı onun əvvəllər məhkum olduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31