Bərdədə qətl törədilib
23 Aprel 2015 18:25 KriminalBərdə rayonunda qətl hadisəsi törədilib. DİN-dən verilən məlumata görə, aprelin 22-də Bərdə rayonunun Güloğlular kəndindən kənd sakini Ceyhun İbrahimov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. O, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi, əvvəllər məhkum olunmuş Elsevər Cəfərov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31