Lal-kar oğlunu öldürən ataya 19 İL HƏBS

Bu gün  Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşlı lal-kar oğlunu öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən proresdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Eldəniz Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı məhkəmədən Eldəniz Məmmədovun 20 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Eldəniz Məmmədov keçən məhkəmə proseslərində oğlunu öldürmədiyini bildirib. İttiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində 14 yaşlı lal-kar oğlu İbrahimi həyat yoldaşı Simuzər Məmmədovanın qətlə yetirdiyini iddia etmişdi. Xatırladaq ki, hadisə ötən ilin iyulun 21-də Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib. Onu da qeyd edək ki, Eldəniz Məmmədov bundan qabaq da məhkumluq həyatı yaşayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31