Azərbaycanda axtarışda olan şəxslər saxlanıldı

Milli.Az Regional TV kanalına istinadən xəbər verir ki, Azərbaycan və Rusiya Federasiyası daxili işlər nazirliklərinin birgə əməkdaşlığı ilə hər iki ölkənin sərhədyanı bölgələrində keçirilən sərhəd sipər əməliyyatı uğurla yekunlaşıb. Ötən illə müqayisədə bu il aparılan
əməliyyat nəticəsində daha çox qanun pozuntusunun üstü açılıb.
Əməliyyat Azərbaycanın Qusar və Xaçmaz, Dağıstan muxtar respublikasının bir sıra rayonlarını əhatə edib. "Sərhəd sipər" şərti adı altında keçirilən axtarış tədbirləri aprelin 23-dən 28-nə kimi davam edib. Əməliyyat nəticəsində 10 nəfər axtarışda olan şəxsin yeri təyin olunaraq saxlanılıb. Bunlardan 4 beynəlxalq axtarışda olan, 2-si itkin düşən şəxslər olub. Həyata keçirilən tədbirlər nəticəsində 722 avtomobil, 1743 sərnişin yoxlanılıb. 51 şəxsə inzibati cəza tətbiq olunub. 73 yol hərəkəti qaydaları pozuntusu aşkarlanıb.Əməliyyata başlanılan gündən RPŞ, qanunsuz silah saxlayan şəxsləri silahları könüllü təhvil verməyə çağırıb. Silahı əməliyyatçılara könüllü təhvil verən şəxslər cinayət məsuliyyətinə cəlb olunmayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31