Qaçırdığı avtomobili sahibinə qaytardı

Bakıda avtomobil qaçırmış şəxs polis tərəfindən saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, aprelin 21-də Səbail rayonu ərazisindən Nicat Bəşirova məxsus "Mitsubishi" markalı avtomobil qaçırılıb. Aprelin 22-də hadisəni törətmiş Abşeron rayon sakini Yaqub Hüseynov avtomobili sahibinə qaytarıb. Y.Hüseynov Səbail RPİ 8-ci PB əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31