İntihar məqsədi ilə özünü Kür çayına atan şəxs xilas edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 23-nə keçən gecə Mingəçevir şəhər sakini İsmayıl Ağaəlizadə intihar məqsədi ilə özünü Kür çayına atıb. O, polis əməkdaşları tərəfindən xilas edilib və xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31